DəstFüsnkarlığı və zərafəti süfrənizə qonaq edin! Sevdiklərinizlə bir masa arxasında toplaşdığınız anları, bu dəstin masanızdakı estetik quruluşu və gözoxşayan zərifliyi ilə unudulmaz edəcəksiniz. Ləzzəti damağınızdakı ən özəl yeri alsın deyə, təamlarınızı çəngəl, biçaq, qaşıq və limon çəngəli ilə dadın.Ətraflı oxu...
KəmərXanımlarımızın sevimli aksesuarlarından olan kəmərin çox qədim tarixi var. Sənətkarlarımızın şəbəkə üsulu ilə hazırladığı kəmərin zərif naxışları insanı min illər əvvələ aparır. Kəmərin parlaq görünüşü, incə quruluşu əsl incə zövqlü xanımlarımıza xitab edir.Ətraflı oxu...
FincanYaş qruplarını bir-birindən ayırmayan yeganə detal meyvələrdir. İstənilən yaşda olan insan meyvəni sevir, ondan zövq alır. Bunu nəzərə alaraq albalı detalı ilə dizayn edilmiş fincan uşaqlarınızın da sevgisini qazanacaq. Ətraflı oxu...
Fincan dəstiİlk baxışda insanı həqiqi dünyadan ayırıb nağıllar aləminə qərq edən, bu uşaq fincanı və qaşıq dəsti həm də müxtəlif rənglərin ahəngini göz önünə gətirir. Hər istifadəsində balacaları həvəsə gətirəcək bu dəst öz fərqliliyi ilə göz önündədir! Ətraflı oxu...
SırğaHəyatında yəqin ki, buna hər kəs şahid olmuşdur: bəzi gecələrdə sirli göy üzündə milyonlarla ulduz arasından sadəcə biri fövqəladə parlaqlığı ilə bütün diqqəti öz üzərinə çəkir. Digərlərinə zərif şəkildə meydan oxuyan bu yeganə parlaq ulduz, fərqli işartısı ilə seyr edənləri valeh etməklə yanaşı, həm də hüzur bəxş edir. Sirli göy aləmindən başqa, dünya reallığında da, bu əzəmətli parlaqlığın təcəssüm edilmiş versiyalarına şahid ola bilirik. Məsələn elə bu zərif məhsulumuz kimi. Sırğaların rəngli hissələri "mina" ilə işlənmişdir. Ətraflı oxu...
SırğaSənətkarlarımızın hazırladığı bu sənət əsərinin kompozisiyası həyat çiçəyi əsasında qurulub. Həyat Çiçəyi sadə həndəsi fiqur olub, özündə dünyanın yaranış sirlərini daşıyır. Çiçək adlandırılması yalnız fiqurun çiçəyə bənzəməsi ilə əlaqədar deyil, həm də o bar verən ağacın həyat dövrünü təmsil edir. Həyatınızın daim çiçəklənməsi ümidiylə... Ətraflı oxu...
SırğaGözəl bir incəsənət əsəri təkcə beyin və texnika işi deyil, həm də ruh məsələsidir. Sənətkarlarımızın zərgər dəqiqliyi və həssaslığı ilə ərsəyə gətirdiyi sırğa məhz bu əsrlərdəndir.Ətraflı oxu...
SırğaSevimli aksesuarlarınıza növbəti zinət əşyasını əlavə etməyə hazırsınız? Gümüşdən hazırlanmış şəbəkə üsulu ilə işlənmiş sırğanı bəzək əşyaları dolabınıza əlavə edə bilərsiniz.Ətraflı oxu...
Sırğaİncə işləri məhz incə zövqlü insanlar sevir. Alt hissəsində 3 ədəd halqa olan dairəvi formada hazırlanmış sırğa öz estetik görünüşü və cazibəsi ilə seçilir.Ətraflı oxu...