Təsbeh8 guşəli ulduz tarazlıq və harmoniya simvoludur. Bu simvol bizə hər şeyin bir-birinə bağlı olduğunu və həyatımızda tarazlıq üçün səy göstərməli olduğumuzu xatırladır.8 nöqtə 4 elementi (od, hava, su və torpağı) və 4 istiqaməti (şimal, cənub, şərq və qərbi) simvolizə edir.8 nöqtə həm də, Ayın 8 fazasını təmsil edir ki, bu da kainatın təbii ritmlərinə bağlı olduğumuzu xatırladır. Özünəməxsus elegant dizaynı olan bu təsbeh 8 guşəli ulduz naxışı ilə bəzədilmişdir.Ətraflı oxu...
TəsbehQədim dövrlərdən babalarımızın sevdiyi incə əşyalardan olan təsbehlər artıq ən gözəl zərgərlik məhsulu kimi L'AHIJ ustaları tərəfindən hazırlanır. İncə şəbəkə naxışları ilə işlənmiş təsbeh əlinizdə çox gözəl görünəcək. Ətraflı oxu...
DəstQədim zamanlarda ziynət əşyaları indikindən başqa məqsədlər üçün istifadə edilirdi. Daha çox dini yığıncaqlarda, rituallarda və ayinlərdə simvol kimi vacib nüanslar sayılırdı. Eyni zamanda zənginlik və sosial statusun göstəricisi idi. Təqdim etdiyimiz bu dəst isə öz ehtişamı ilə zərifliyinizin və zərafətinizin dəbli simvoluna çevriləcək. Ətraflı oxu...
Hədiyyə BoşqabBakının ən görkəmli tikililərindən biri olan Alov Güllələri hazırda dünyanın ən gözəl və müasir memarlıq incilərindən biri hesab olunur.Görünüşü ilə məşhur binanın həkk olunduğu bu məhsul istənilən yerdə diqqəti cəlb edə biləcək.Ətraflı oxu...
DəstHəyatında yəqin ki, buna hər kəs şahid olmuşdur: bəzi gecələrdə sirli göy üzündə milyonlarla ulduz arasından sadəcə biri fövqəladə parlaqlığı ilə bütün diqqəti öz üzərinə çəkir. Digərlərinə zərif şəkildə meydan oxuyan bu yeganə parlaq ulduz, fərqli işartısı ilə seyr edənləri valeh etməklə yanaşı, həm də hüzur bəxş edir. Sirli göy aləmindən başqa, dünya reallığında da, bu əzəmətli parlaqlığın təcəssüm edilmiş versiyalarına şahid ola bilirik. Məsələn elə bu zərif məhsulumuz kimi. Dəstin rəngli hissələri "mina" ilə işlənmişdir. Ətraflı oxu...
Qolbaqİlk baxışdan parlaq səma cisminə bənzəyən bu qeyri-adi bilərzik gümüşdən hazırlanıb. Sənət tariximizin ən maraqlı üslublarından biri olan şəbəkə üsulu ilə hazırlanır. Cazibədarlığı ilə hər kəsi sevindirən bu zinət əşyası klassik adət-ənənələrimizin simvolizmini özündə daşıyır.Ətraflı oxu...
SırğaAypara simvolu antik Azərbaycan zərgərlik məmulatları üçün ilham mənbəyidir.Hazırladığımız bu sırğanın ilham mənbəyi də məhz elə ayparadır. Məhsulun üzərindəki mavi və gümüşü rənglər gündəlik üslubunuza fərqlilik qatacaq. Ətraflı oxu...
BroşHəyat yolunda özünə inamın əmin addımları ilə irəliləyən, əziz qadınlar! Məftun edici gözəlliyinizə əlavə dəyər qatacaq bu yaxa sancağı, qiyafənizə yerləşdirdiyiniz andan etibarən qaranlıq gecədən sonra gələn şəfəq kimi ətrafınıza parlaqlıq yayacaq. Ətraflı oxu...
XəncərÜzərində qədim Azərbaycan naxışı olan qarmaqlı naxışının əks olunduğu xəncərə hər dəfə baxa baxarkən sizə tarixi kimliyimizi xatırladacaq.Ətraflı oxu...