Meyvə qabıYanılırsınız! Əgər sənət əsərlərinin sadəcə muzeylərdə, sərgilərdə nümayiş olunduğu qənaətindəsinizsə.Sənət, öz ruhunu sadəcə bu məkanlarda nümayiş etdirmir. Bəzən gəzinti zamanı qarşınıza çıxan estetik bir fontanda, bəzən istifadə etdiyiniz bir aksesuarda, bəzən isə masanızda nümayiş etdirir. Təqdim etdiyimiz bu meyvə qabı, əzəmətli sənət əsərlərini öz nadır naxışlarının fövqəladə detalları ilə kölgədə qoyacaq.Ətraflı oxu...
Meyvə qabıMeyvə qabı ideal forma və cazibədar görünüşü ilə seçilməlidir. Məhz bu standartlara cavab verən meyvə qabı öz zərifliyi ilə masanızın bəzəyinə çevriləcəkdir. Hər kəsin bu qabın gözəlliyindən danışacağına əmin ola bilərsiniz.Ətraflı oxu...
Meyvə qabıBəzi günlər var ki, illər keçsə belə, unutqan fitrətimizə rəğmən yaddaşımızda xüsusi iz buraxır. Dəyər verdiyimiz əzizləriniz ilə birlikdə süfrə ətrafında əyləşib paylaşdığınız xoş anlar kimi... Döymə üsullu naxışları ilə bu meyvə qabı, məhz belə anlarda süfrələrinizə bənzərsiz gözəlliyini bəxş edəcək. Məhsulun iç hissəsinin qızılı rəngi, digər hissələrinin gümüşü tərəfləri ilə xoş bir görüntü sərgiləyir. Ətraflı oxu...
Meyvə qabıQızılgülə çiçəklərin kraliçası deyirlər. Yunan mifologiyasına görə Chloris adlı çiçək ilahəsi tərəfindən yaradılmışdır. Əfsanəyə görə meşədə həmin ilahə ölü meşə pərisini tapır və onu bir çiçəyə döndərir. Eşq ilahəsi Afrodita və şərab Tanrısı Dionisdən xahiş edir ki, yaratdığı çiçəyə bir hədiyyə versinlər. Afroditin hədiyyəsi gözəllik, Dionis isə ətri xoş olsun deyə nektar verir. Beləliklə də "çiçəklərin kraliçası" doğulmuş olur. Əfsanələrin sehrindən ilhamlanaraq hazırlanan bu meyvə qabı, öz detallarını mifologiyanın zəngin rəvayətlərinə borcludur Ətraflı oxu...
Meyvə qabıSadəliyi ilə süfrələrinizə xüsusi bir görkəm qazandırmağa hazırsınız? Xüsusi günlərdə dəbdəbəli masanızda ləziz təamlar ilə birlikdə bu meyvə qabı, üzərindəki meyvələrin rəngarəngliyi ilə vəhdət təşkil edəcək. Əsalət, sadəlik və zərafət bir süfrədə! Ətraflı oxu...
Meyvə qabıƏn qədim səbət nümunələrinə Misirdə rastlanmışdır. 10-12000 illik qədim aksesuarın xoş görüntüsü meyvə qabının işləmələrinin başlıca ilham mənbəyidir. Gündəlik və xüsusi günlərdə rahatlıqla istifadə edə bilərsiniz. Ləzzətlə daddığınız rəngbərəng meyvələr, meyvə qabında daha estetik və ləzzətli görünəcək.Ətraflı oxu...
Şəkər qabıViktoriya zamanında səbət ilk dəfə mebel hazırlanmasında istifadə olunmuşdu. İkinci dünya müharibəsində isə həcmi böyük olanlar silah və məktub aparan göyərçin daşınması üçün istifadə edilirdi. Tarixi, minlərlə il əvvələ dayanan səbət, meyvə qabının işləmələrində öz əksini tapır. Zərif girinti və çıxıntıları ilə səbət naxışları, süfrələrinizdə bütün diqqəti öz üstünə çəkəcək. Ətraflı oxu...
Meyvə qabıParlaqlığı ilə xoş mühit təmin edən bu meyvə qabı süfrə dekorunuza heyrətamiz görüntü bəxş edəcək. Xoş günləriniz üçün ideal olan bu məhsul, estetikası ilə ətrafda sehrli bir ab-hava yaradacaq. Üzərindəki budaq detalları, dilimləyərək daddığınız meyvələrin toplandığı ağaclardan ilham alınaraq ərsəyə gətirilmişdir. Ətraflı oxu...
Meyvə qabıDəvət etdiyiniz qonaqlar günlərlə masanızın ehtişamından danışacaq. Ziyafətlərdə dəbdəbə və zərafətin əksik olmasını istəməyənlərdənsinizsə bu meyvə qabı tamamilə sizin üçün ərsəyə gətirilmişdir. Gümüşün ovsunlayan parlaqlığı ilə meyvələrin rənginin uyğunluğu hələ uzun müddət danışılacaq! Ətraflı oxu...