Qaraqaşlı dəstiKişilər üçün əsl hədiyyə məhz qədim naxışlarla bəzədilmiş, gündəlik istifadə edilə bilən aksesuarlar və digər əşyalar ola bilər. Dəyərli zərgərlik nümunələri olan bu məhsulların üzərində ''Qaraqaşlı'' naxışı əks olunub. Həm xalçaçılıq sənətində, həm zərgərlikdə əsrlər boyu babalarımızın, nənələrimizin zövqlərini oxşayan bu naxış sizi də öz cazibəsinə salacaq.Ətraflı oxu...
İslimi kişi dəstiBir dəst ilə əfəndilərin əsalətinə sahib ola bilərsiniz!Təqdim etdiyimiz bu dəst, ağır bir imicin qapılarını aralayacaq. Dəst üzərində Azərbaycan milli xalçaçılıq sənətinin uzun ömrlülük simvolu sayılan İslimi naxışının stilizə olunmuş forması tətbiq edilmişdir. Dəst üzərində tətbiq edilmiş qızıl örtük isə bir çox dində ilahilik və güc mənası daşıyır. Köynəyinizdəki qol düymələri, qalstukunuzdakı aksesuar şık kostyumunuzla möhtəşəm bir kombinasiya ortaya qoyacaq. Əfəndilərin seçiminə şahid olursunuz! Dəstə 1 ədəd qələm, 1 ədəd qalstuk düyməsi, 2 ədəd qol düyməsi və 1 ədəd pencək pini daxildir.Ətraflı oxu...
Muğanlı kişi dəstiGözəl hədiyyələr gözəl xatırlanmağın hiyləgər bir yoludur. Məhsul üzərində Azərbaycan milli xalça naxışlarından olan Muğanlı naxışının stilizə təsvirinə yer verilmişdir. Tətbiq edilən mina isə yüksək intellektin və məsuliyyətin rəmzi olan göy rəngdə verilmişdir. Səmimi və xoş duyğularla sevdiklərinizə ərmağan edə biləcəyiniz bu dəst, masa üzərində uğura atılan imzaların baş memarı olacaq. Klassik üslublu zövqlü dizaynı ilə eleqant ruhu interyerinizdə sərgiləyəcək. Ətraflı oxu...
Zəfər DəstiÜzərində "8 Noyabr" və "Qarabağ Azərbaycandır" yazılan "Zəfər" dəstini təqdim edirik. Gümüşdən hazırlanmış dəst milli şüarlarımızı üzərində daşıdığı üçün daim sizə zəfərimizi xatırladacaq. Dəst üzərində incə naxışlardan əlavə unikal işlənmiş dəmir yumruq işarəsi də diqqətinizi çəkəcək. Xalqımız böyük zəfərə "Dəmir Yumruq" sayəsində nail olduğu kimi, siz də böyük uğurlara Zəfər dəsti ilə imza atın!Ətraflı oxu...