SırğaBəşəriyyətin inkişafı fərqli mədəniyyətlərin qarışmasından meydana gəlmişdir. Üzərində qədim naxışlar ilə modern dizaynın vəhdətinə şahid olduğunuz bu estetik küpələr də həyat yolunuzdaki inkişafın bir müşahidəçisi olacaq. Zəriflik, incə küpələr qədər yaxınınızdadır. Həyatınıza dəyər qatın.Ətraflı oxu...
QolbaqZövqlü qadınların sevilən aksesuarı! Unutmayın ki, seçimləriniz sizi əks etdirir. Zövqlü seçimlər estetika anlayışınızdan xəbər verir. Zərdüşt inancında alov parçasına, qədim türklərdə badama, digər mədəniyyətlərdə isə ilk rüşeymə bənzədilən Buta naxışının gözəlliyi biləyinizi saracaq. Zərif əllərinizi zərafət dolu aksesuarlarla ön plana çıxarın! Ətraflı oxu...
SırğaDekor sənətimizin şahı sayılan buta naxışının köklərinin zərdüştlərə qədər uzandığı qeyd olunur. Alov parşasının bir dilimini xatırladan forması ilə bu naxışın atəşpərəstlərdən gəldiyi də düşünülür. Zövqlü küpələrdən gözəlliyi ilə boy göstərən bu naxış, içinizdəki dəbdəbəni alovlandıracaq.Ətraflı oxu...
BroşKeçmiş irsin nümunəvi qadınlarının yorğun və süzgəcdən keçmiş bütün zərifliyini, öz yerişinizdəki parlaq əsalət ilə bir bütün halına gətirməyin 1001 cür yolu var. Bəzən, bu bütövlük, yaxanızda daşıdığınız kübarlıq qədər sadə və əlçatandır. Formasını öz qısamüddətli ömründə faunaya gözəllik bəxş edən kəpənəkdən alan bu məhsulumuz, yaxanızda qadın əsalətinin ən spesifik elementinə çevrilməkdə iddialıdır! Məhsulun rəngli hissələri isə "mina" ilə işlənmişdir.Ətraflı oxu...
BroşKeçmiş irsin nümunəvi qadınlarının yorğun və süzgəcdən keçmiş bütün zərifliyini, öz yerişinizdəki parlaq əsalət ilə bir bütün halına gətirməyin 1001 cür yolu var. Bəzən, bu bütövlük, yaxanızda daşıdığınız kübarlıq qədər sadə və əlçatandır. Formasını öz qısamüddətli ömründə faunaya gözəllik bəxş edən kəpənəkdən alan bu məhsulumuz, yaxanızda qadın əsalətinin ən spesifik elementinə çevrilməkdə iddialıdır! Məhsulun rəngli hissələri isə "mina" ilə işlənmişdir. Ətraflı oxu...
BroşÖzünü dəyərli və özəl hiss etmək hər qadının ruhuna işlənib. Eynilə kübarlığın və estetikanın yaxa sancağına işləndiyi kimi. Klassik üslubdan imtina etməyən, lakin modern qadının cəsarətini üzərində daşıyan qadındar üçün əvəzsiz bir seçim təqdim edirik. Seçilmək və dəyərli hiss etmək istəyənlərə ithafən...Ətraflı oxu...
XəncərHəyatı at belində keçən babalarımızın bizə yadigar qalan dəyərli əşyalarından biri də xəncərdir. Bu əmanətin simvolu olan xəncər suvenirini evinizin bəzəyinə çevirin.Ətraflı oxu...
Xəncərİgidliyin, qəhrəmanlığın rəmzi olan xəncər xalqımızın qədim alətlərindən biridir. Harmoniya və rəngarənglik bu xəncərin dizaynında xüsusi rol oynayır.Ətraflı oxu...
TəsbehQədim dövrlərdən babalarımızın sevdiyi incə əşyalardan olan təsbehlər artıq ən gözəl zərgərlik məhsulu kimi L'AHIJ ustaları tərəfindən hazırlanır. İncə şəbəkə naxışları ilə işlənmiş təsbeh əlinizdə çox gözəl görünəcək.Ətraflı oxu...