Şarm
Şarm
Məhsul kodu ZA-050.03.131
Hər naxışın öz tarixi hər əşyanın öz özəlliyi olur. Həm naxışın simvolikası, həm əşyanın simmetrik gözəlliyi birləşəndə ortaya məhz bu şarmik çıxır. Gəncə-Qazax xalçalırının ornamenti ilə bəzədildiyi üçün bu şarmik gözoxşayandır. Bu xalçaların əfsanəvi epik heyvanlar, simurq quşu və əjdahanın savaşı kimi ən qədim motivlər əks olunub. Bəzək elementi kimi svastika geniş işlənilir. Günəşi təmsil edən bu elementin min illərlə yaşı var.