Dəst
Dəst
Məhsul kodu ZA-050.04.65
Aypara və günəş formalı bu gümüşü dəst sizə müsbət aura bəxş edəcək. Göy tanrısının qızları olan Günəş və Ay ilahələrinə əsasən dizayn edilmişdir. Böyük bacı olan Günəş, nə qədər istiqanlı, xeyrxah olsa da, bacısı Ay bir o qədər tündməcaz və soyuq xasiyyətli biri idi. İlahə ana Ayın üzünə boz kirşan səpdikdən sonra həmin gündən Ay mülayimləşdi, xeyrxahlaşdı. Yer üzündəki insanlar onu sevməyə başladılar. Necə ki Ay hər kəsin sevgisini qazanmağı bacardı, eləcə də bu dəst sızın sevginizi qazanıb ən dəyər verdiyiniz zinət əşyasına çevriləcək.