Gümüşdən hazırlanmış və qızıl materialla üzlənmiş üzük, həmçinin, parlaq rəngi ilə də diqqətləri üzərinə çəkir. Bu zinət əşyası kilimgülü naxışı ilə dizayn olunub. Kilimgülü Şirvan məktəbinə aid olunan və ehtirası simvolizə edən geniş yayılmış naxış növüdür.