Üzük
Üzük
Məhsul kodu ZA-050.06.30
Xan-Qonaqkənd xalçalarının Quba-Şirvan ara haşiyələriylə dizayn olunmuş bu gümüş üzük ən sevimli zinət əşyanız olacaq. Quba qrupuna aid “Xan” xalçası XIX əsrdə sənayə yarmarkalarında “Kuba” adı ilə tanınmışdır. Hazırda isə xalçaçılar onu “Xan”, sənətşünaslar isə “Xan-Qonaqkənd” adlandırırlar. “Xan” adı Yaxın Şərqdə süfrə mənasını verən “xoan” sözündən götürlmüşdür. Bu xalçalar gözəl ornament və rəng həlli ilə seçilən süfrə kimi ziyafətlərin göz oxşayan bəzəyi olmuşdur.”LAHİJ” isə bu bəzəyi əllərinizə qədər gətirdi.