Kəlağayı üzüyüQədim dövlərdən bəri Azərbaycan qadınlarının xüsusi örpəyi olan kəlağayı, gözəllik, ismət, ləyaqət, ehtiram və sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini də yaşadır.Bu zərif parçanın əsaləti ilə yarışacaq dərəcədə diqqətləri üzərinə çəkməyi bacaracaq kəlağayı üzüyü, sadəliyi zərafətlə taclandıracaq.Ətraflı oxu...
Kəlağayı üzüyüToxunuşunda güvəni və parlaqlığı ifadə edən xüsusi dördbucaqlı dizaynı ilə digərlərindən seçilən bu üzük, fərqliliyi ilə istifadəçiləri özünə heyran buraxacaq.Ətraflı oxu...
Kəlağayı üzüyüİllər keçsə də xanımların sevimli aksesuarı olaraq dəyişməz qalan kələğayı, hər gün daha çox dəyərli olur.Kəlağayı üçün istehsal olunmuş bu üzüyün istifadəsi zamanı xanımlar özlərini daha özgüvənli hiss edəcək!Ətraflı oxu...
Kəlağayı üzüyü Azərbaycan qadınlarının zərifliyini nümayiş etdirən tarixi nüanslardan biri də, məhz elə ipəkdən toxunmuş kəlağayıdır. İncəliyi və füsnkarlığı ilə gözoxşayan bu parçalar, qadınlara xüsusi bir gözəllik bəxş edərək, üzərlərində zərif bir görünüş yaradır. Bu zəifliyə kölgə salmayacaq dərəcədə zərif quruluşa malik bu kəlağayı sancağı ilə, estetikanı üzərinizdə hiss edəcəksiniz. Ətraflı oxu...
Qalstuk üçün sancaqÜzərində Heydər Əliyev mərkəzinin təsviri olan qalstuk üçün sancaq mükəmməl seçimdir. Bu mərkəz artıq uzun illərdir ki, Bakının müasir simvoludur. Ulu öndərimizin adını daşıyan bu mərkəz dünya memarlıq nümunələrindən biridir. Hər il minlərlə turist bu mərkəzi görmək üçün Bakıya gəlir. Bu qalstuk üçün sancaq, xüsusən də, ölkədən kənarda sizin milli mənsubiyyətinizi sizdən öncə öz zərif görünüşü ilə bildirəcək. Ətraflı oxu...
Qalstuk üçün sancaqSənətkarlarımızın növbəti əl işi olan qalstuk üçün sancaq ilk baxışdan diqqətləri üzərinə çəkir. Bakının üç böyük simvolunu üzərində daşıyan bu zinət əşyası gümüşdən hazırlanıb. Qız qalası, Heydər Əliyev adına mərkəz və Baku Crystal Hall ardıcıl olaraq yer alır. Məhsulun mərkəzində Ulu öndərin adını daşıyan dünya memarlıq incilərindən olan mərkəz uzun illərdir ki Bakının simvollarından biridir. Xüsusən, xarici qonaqlarla görüşdə bu zinət əşyası sizin milli mənsubiyyətinizi ifadə etmək üçün gözəl vasitədir.Ətraflı oxu...
Şarm“Lahij” sənətkarların hazırladığı üç rəng ilə dizayn olunmuş gümüş şarmiki təqdim edir. Üzərindəki qırmızı alov və ehtirası, ağ rəng təmizliyi və paklığı, yaşıl rəng isə sülh, sevgi və cavanlığı tərənnüm edir. Bu gözəl hədiyyə cavanlığınızın şirin bir xatirəsi ola bilər.Ətraflı oxu...
ŞarmDiqqətləri özündə saxlayan bu gümüş şarmikin üzəri Quba və Dəvəçi xalçaçılarının alma naxışlı haşiyə zolaqları adlandırdığı almaələm bala haşiyələri ilə bəzədilib. Bu haşiyələr geniş coğrafiyanə əhatə etməklə yanaşı, peşəkar ustalarımızın zövqüylə fərqli rənglə dizayn olunub.Ətraflı oxu...
ŞarmGümüş materialdan hazırlanmış bu şarmik türkçülükdə və müsəlman aləmində məşhurluq qazanan aypara simvolu ilə dizayn olunmuşdur. Üzərindəki bənövşəyi rəng özünə inamı və möhkəm xarakter mənasına gəlir. Həmçinin, orta əsrlərdə ziddiyətlərin birləşmə nöqtəsi də adlandırılırdı. Müxtəlif zövqlərə malik və paradoksallığı sevən insanlar üçün əla seçimdir. Ətraflı oxu...