Təsbeh
Təsbeh
Məhsul kodu ZA-065.07.05
Babalarımızın həm dini rituallarda, həm də gündəlik aksesuar kimi istifadə etdiyi təsbehlər qəribə bir enerjiyə sahib olur. Kəhrəbadan hazırlanmış təsbeh ən gözəl əl vərdişinizə çevriləcək. Kəhrəba daş hesab edilsə də, o digər daşlardan fərqli olaraq mineral maddələrdən deyil, oksigen, hidrogen, karbon və bir neçə turşudan ibarətdir. Kəhrəba nadir şam ağaclarından ayrılan qatrandan əmələ gəlir. Ağacın özünü qoruma funksiyası olan qatran budaqlar qırıldıqda ifraz olunur və həmin hissəni bərpa edir.