Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Azərsuvenir" MMC

Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik qızıl, gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar "Azərsuvenir" MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların hazırlanmasında müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik avadanlıqlardan istifadə olunur.