Coins
CENTRAL BANKING 100 YEARS SİLVER
Price : 180 AZN
Əsas xüsusiyyətlər
2019-cu ildə Azərbaycanda Mərkəzi Bankçılığın yaranmasının 100-cü ildönümünün əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılmışdır.
Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.
Yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda Azərbaycan Mərkəzi Bankının inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, Azərbaycan manatının simvolu və eləcə də milli naxış və ornamentlər təsvir olunmuşdur.
Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Buraxılış ili | 2019 |
Nominalı | 5 manat |
Metalı | Ag 999 |
Çəkisi | 1 troy unsiya (31.1 qr.) |
Diametri | 38.61 mm |
Keyfiyyəti | Pruf |
Buraxılış limiti | 500 ədəd |