KomplektGözəlliyinizi qat-qat artırmağa hazırsınız? Zərif əndamınız, nazlı hərəkətləriniz və estetik libasınızı tamamlayacaq bu dəst ilə diqqətlərin üzərinizdə olmağına indidən hazır olun. Qatlı detalların zərifliyində öz gözəlliyiniz qatlanaraq ərşə qədər çoxalacaq. Varlığınıza zərafəti çox görməyin. Ətraflı oxu...
KomplektBütün xoş duyğularınızı eyni anda canlandırmağı təklif edirik ! Sevinc, xoşbəxtlik və qürürlu həyəcan! Ruhunuzun incə tellərinə toxunmağın estetik yolunu qarşılayın! Bu dəst, xüsusi günlərdə sizi həsədlə izləyənlərin diqqət mərkəzində olacaq. Şəhanə görkəminizə öz bənzərsiz ruhunu qatan bu aksesuarlar ilə ziyafətin ulduzu məhz siz olacaqsınız!Ətraflı oxu...
KomplektQəlb, fiziki bir orqan olmaqla yanaşı bəsəriyyətin əxlaqi və ruhani yönlərini göstərən simvollardan biridir. Qəlbdə insan zehninin yerləşdiyinə inanıldığı üçün şeirlərdə ruhu və sevgiyi təmsil edən bir metafor olaraq istifadə olunur. Qəlbin estetik forması bu zərif dəstin başlıca ilham mənbəyidir. Sevgi dolu günlərdə qəlbinizə sevinc bəxş edəcək bu aksesuarlar ilə zərafətinizə dəyər qatın.Ətraflı oxu...
KomplektDini, dili, mədəniyyəti və həyat tərzi eyni olan türk xalqlarını birləşdirən bir dəyər – Buta! Bu tarixi naxış, xalqımızın mənəviyyatını, zövqünü, etik dəyərlərini ifadə edir. Türk xalqları bu naxış ilə qədim ənənələrini sonraki nəsillərə ötürmüşlər. Köklü tarixi ilə diqqət çəkən bu naxış, sehrli gözəlliyi ilə dəstin hər detalında hökmünü ortaya qoyur. Tariximizin zərafət və kübarlığını qulaqlarınızdan boynunuza qədər hiss edin.Ətraflı oxu...
KomplektAy, astrologiyada tanrının qazanı kimi simvolizə olunurdu və cinsinin qadın olduğu düşünülürdü. İnanca görə yaşadığımız hər şey Ayın bətninə doğru yol alır və orada qalır. Bu səbəblə də insanlığın ortaq yaddaşı kimi də bilinirdi. Mitologiyada isə ay, duyğularımızı və vərdişlərimizi ifadə edir. Ayın ən zərif halı sayılan hilal, öz ehtişamı ilə dəstin setallarını bəzəyir. İddialı görünüş üçün bənzərsiz bir aksesuar! Ətraflı oxu...
KomplektGümüşün parlaqlığı, məna dolu Buta naxışları və zümrüdü detalların estetik harmoniyası! Bunların hər biri bir dəstdə cəmlənib. Spesifik işləmələri xüsusi ustalıqla hazırlanmışdır. Kübar bir gecədə bu dəstin təsirinə düşməyən qalmayacaq. Bu parlaq əzəmətin sahibi isə siz olacaqsınız. Heyranlıq dolu göz ucu baxışlara tuş gəlməyin gücünü hiss edin!Ətraflı oxu...
KomplektZövqlü aksesuarlar bir məkanda olmaq üçün ən effektiv vasitədir. Gümüşün parlaqlığı ilə yaddaşlara həkk olunmağa, unudulmazlığın qapılarını aralamağa hazır olun! Dekorativ sənət tariximizin dəbdəbə dolu elementlərindən ibarət bu dəst, firuzəyi rəngin hüzur verən ruhu ilə görünüşünüzə zərafət qatacaq. Ətraflı oxu...
KomplektŞərq ölkələrinin memarlığında geniş istifadə olunan aypara və ulduz təsviri qədim türklərin İslamdan öncəki simvolu olmuşdur. Asiyada tapılmış VI- VII əsrlərə aid türk imperiyasının sikkələri bunu sübut edir. Həmçinin, bu simvol Bizans imperatorluğunda paytaxtın simgəsi idi. Mifologiyada isə hilalın uşaqları və heyvanları qoruduğuna dair inanc var idi. Parıltısı və heyranlıq yaradan gözəlliyi ilə bu simvol dəstdə gözəllik nümayiş etdirir. Tarixin estetik müdrikliyinə nail olmaq istəyənlər üçün bənzərsiz bir seçim.Ətraflı oxu...
KomplektQədim zamanlarda ziynət əşyaları indikindən başqa məqsədlər üçün istifadə edilirdi. Daha çox dini yığıncaqlarda, rituallarda və ayinlərdə simvol kimi vacib nüanslar sayılırdı. Eyni zamanda zənginlik və sosial statusun göstəricisi idi. Təqdim etdiyimiz bu dəst isə öz ehtişamı ilə zərifliyinizin və zərafətinizin dəbli simvoluna çevriləcək.Ətraflı oxu...