KomplektButaların rəqsinə şahid olursunuz. Kəlağayılardan xalçalara, libaslardan memarlığa qədər görüntüsü ilə ruhunuzu oxşayan bu naxış indi də təqdim etdiyimiz bu füsunkar dəstdə göz oxşayır. İşləmələrin simmetrik dizaynı boynunuzda və qulaqlarınızda qısqanılan bir gözəllik yaradacaq. Ətraflı oxu...
KomplektRuhunun gözəllik axtarışını zamansız stili ilə sakitləşdirən zövqlü qadınlar üçün əvəzsiz bir seçim! Möhtəşəm gecə libasınızı tamamlayacaq görüntüsü ilə bütün diqqətlər üzərinizdə olacaq. İzn verin, qızılın işartısından doğan zərafətiniz dillərdə dastan olsun. Ətraflı oxu...
KomplektQədim çağlarda insanlar göyə daha çox maraq və qorxu duyğusu ilə baxırdılar. Göy aləminin sirli elementlərini açıqlama arzusu məsəniyyətun bir çox qoluna öz təsirini qoymuşdur. Qaranlıq gecələrdə öz çılğın parıltısı ilə seyr edəni xəyallara aparan ulduzlar, bu dəstin detalları arasında yer alır. İçinizdəki ümidi ulduz kimi parladın! Ətraflı oxu...
KomplektKlassik işləmələrlə göz oxşayan bir dəst qarşınızdadır. Əfsanələrin içində özünə yer etmiş zümrüd rəngi mifoligiyada bir çox mənaya gəlir. Bu rəngin özünəməxsus mistik gücü olduğuna inanılırdı. Nəzərdən, şərdən və bəd əməllərdən qoruduğuna inanc bəslənilirdi. Keçmişdə şeytanın cənnətdən qovularkən alnından düşən daşın zümrüd rəngi olduğu rəvayət olunur. Öz mistik gözəlliyi ilə xoş günlərinizə dəyər qatan bu zövqlü dəst, görkəmimizə qısqanılan bir zəriflik qazandıracaq.Ətraflı oxu...
Komplekt İncəliyi, gözəlliyi və xüsusi görünüşü özündə birləşdirən boyunbağı və sırğa dəsti ilə istədiyiniz adamın ürəyini fəth etmək asan olacaq. Dəbli görünüşə sahib olan bu dəst sayəsində gecələrdə ulduz kimi parlamağın tam da zamanıdır.Ətraflı oxu...
DəstModern, fərqli və özünəməxsus qadınların ruhuna xitab edən bu dəsti sizə təqdim edirik. Cəlbediciliyi ilə yaddaşlara həkk olunmaya hazır olun! Bu dəst qədim naxışlarla modern dünyanın yeniliyi simgələyir, eynən bu Şahabbası naxışı ilə işlənmiş dəst kimi. Şahabbası gülləri kimi əsasən üslublaşdırılmış çiçəklərdən, həmçinin enli əncir yarpaqlardan ibarətdir. Bu elementlər şəbəkəni təşkil edən xətlərin kəsişmə nöqtələrində yerləşir. Axar sular kimi sürətlə dəyişən estetika anlayışlarından təsirlənməyən bu model, zamana meydan oxuyaraq hər dövrün gözəlliyinə ayaq uydurur. Təqdim etdiyimiz bu dəst sizin zərifliyinizin və zərafətinizin simvoluna çevriləcək.Ətraflı oxu...
DəstBir zinət əşyası düşünün, onu " L'ahij " sənətkarları hazırlayıb və üzərində lalə gülü naxışları var. Deməli, bu dəst öz zərifliyi, incəliyi və cəlbediciliyi ilə hər kəsin istəyinə çevriləcək. Çünki, bu naxışlar məxsusi bəzəklərdir. Lalələr il ərzində yalnız mart və aprel aylarında çiçək açır. Gözəlliyi ilə bəstəkarlara, şairlərə ilham mənbəyidir. Ətraflı oxu...
DəstƏsalət dolu ağırlığınıza yaraşan şık bir dəsti qarşılayın. Üzərində Şirvan xalçaçılıq məktəbinə aid olan "sumaxgülü" naxışı olan bu dəst bütün tədbirlərdə və ziyafətlərdə sizi diqqət mərkəzində saxlayacaq və öz ehtişamı ilə zərafətinizin dəbli simvoluna çevriləcək.Ətraflı oxu...
DəstƏsalət dolu ağırlığınıza yaraşan şık bir dəsti qarşılayın. Üzərində Şirvan xalçaçılıq məktəbinə aid olan "sumaxgülü" naxışı olan bu dəst bütün tədbirlərdə və ziyafətlərdə sizi diqqət mərkəzində saxlayacaq və öz ehtişamı ilə zərafətinizin dəbli simvoluna çevriləcək. Ətraflı oxu...