Stəkan altıYunan mifologiyası nəql edir: Apollo dəniz tanrısının qızı Dafniyə aşiq olur. Buna səbəb eşq tanrısı Erosun eşq oxunu Apolloya atmasıdır. Bir gün Apollo Erosun ox atmağı ilə zarafatlar edir. Buna qəzəblənən Eros, 2 qızıl ox hazırlayır. Birinci ox insanı atəşli bir aşiqə çevirir. İkincisi isə, eşqdən uzaqlaşdırır. Oxlardan biri Apolloya, digəri isə Dafniyə tuşlanır. Apollonun sonsuz məhəbbətinə qarşılıq Dafni ondan uzaqlaşır. Bu səbəblə Apollo yer tanrısının yardımı ilə Dafnini Dəfnə yarpağına çevirir və o yarpaqlardan özünə tac düzəldir. Məhsulun tac formalı detalları, ağrılı hekayədən ilhamlanaraq hazırlanmışdır. Süfrələrinizə həqiqi məhəbbəti qonaq edin. Ətraflı oxu...
Stəkan altıSultanların, xanların estetik taclarından ilhamlanaraq ərsəyə gətirilən məhsulun detalları özəl günlərdə saray zərafətini süfrələrinizə gətirəcək. Hər nöqtəsinə xüsusi diqqət ayrılan naxışlar, süfrələrinizi taclandırsın.Ətraflı oxu...
StəkanaltıUlu əcdadlarımızın mənəvi dünyasını əks etdirən Buta, min illər boyu dekorativ-tətbiqi sənət nümunələri ilə yanaşı bu stəkan altlığında da nümayiş olunur. Sıra ilə nizamlı düzülüşləri sevdiklərinizin zövqünə xitab edəcək. Süfrələriniz zərafət dolu detallar ilə gözəlləşsin. Ətraflı oxu...
Stəkan altıAstrologiyadan ilhamlanaraq dizayn olunan məhsulumuzu təqdim edirik. Zodiakın səkkizinci bürcü sayılan əqrəb, planlı, sirli və güclü davranışları simvolizə edir. Marsın idarə etdiyinə inanılan bu bürc, su ünsürü sayılır. Yunan mifologiyasında isə, ölülərin tanrısı sayılan Hadesə bənzədilir. Süfrənizdə əqrəbin ehtiras dolu sirlərinə yer edin!Ətraflı oxu...
Stəkan altıAstrologiyadan ilhamlanaraq dizayn olunan məhsulumuzu təqdim edirik. Zodiakın doqquzuncu bürcü sayılan oxatan, zövqlü və dəli dolu davranışları simvolizə edir. Yupiterin idarə etdiyinə inanılan bu bürc, od ünsürü sayılır. Yunan mifologiyasında isə, şərab tanrısı Dionisasa bənzədilir. Süfrənizdə oxatanın azadlığına yer edin!Ətraflı oxu...
Stəkan altıŞərqin əvəzsiz içkisi olan çayı, bənzərsiz görünüşə sahib altlıq ilə sarılmış bu stəkandan içməyənlər çox şey itirir. Çayin hələ miladdan 3000 il əvvəl impertor Nungun ağacın kölgəsində bir kasada isti su içərkən kəşf edildiyi rəvayət olunur. İmperator kasaya düşən yarpaqla suyun qarışımından yaranan içkinin aromasına və ətrinə heyran olmuşdu. Min illərdir günümüzə qədər sevilib aktuallığını qoruyan bu içkini tarixi naxışların müşaiyəti ilə dadmağa hazırlaşın!Ətraflı oxu...
Stəkan altıNövləri sayılıb bitməyən çay yarpaqlarının fərah görüntüsündən ilhamlanaraq hazırlanan bu altlıq, qızılı rəngi ilə pürrəngi çayın görüntüsünü tamamlayacaq. Haqqında yüzlərlə əfsanələr dolaşan çay bitkiləri inanca görə Buddanın tələbələrinə mənəvi səfərlərdə güc veriridi. Gün ərzində dinc və gümrah hiss etməyin estetik yolunu təqdim edirik. Ətraflı oxu...
Stəkan altıAstrologiyadan ilhamlanaraq dizayn olunan məhsulumuzu təqdim edirik. Zodiakın ikinci bürcü sayılan buğa, səbrli, sadiq və ciddiyət dolu davranışları simvolizə edir. Veneranın idarə etdiyinə inanılan bu bürc, torpaq ünsürü sayılır. Yunan mifologiyasında isə, bakirə tanrı Hestia-ya bənzədilir. Süfrənizdə buğanın əsalətinə yer edin!Ətraflı oxu...
Stəkan altıAstrologiyadan ilhamlanaraq dizayn olunan məhsulumuzu təqdim edirik. Zodiakın üçüncü bürcü sayılan əkizlər, adaptasiya, qərarsızlıq və sevinc dolu davranışları simvolizə edir. Merkurinin idarə etdiyinə inanılan bu bürc, hava ünsürü sayılır. Yunan mifologiyasında isə, tanrıların elçisi sayılan qanadlı Hermes-ə bənzədilir. Süfrənizdə əkizlərin cazibədarlığına yer edin!Ətraflı oxu...