Stəkan altıAstrologiyadan ilhamlanaraq dizayn olunan məhsulumuzu təqdim edirik. Zodiakın ilk bürcü sayılan qoç, coşğun, hərarətli və aqressiv davranışları simvolizə edir. Marsın idarə etdiyinə inanılan bu bürc, od ünsürü sayılır. Yunan mifologiyasında isə, savaş tanrısı Ares-ə bənzədilir. Süfrənizdə qoçun inadkar cazibəsinə yer edin.Ətraflı oxu...
Stəkan altıAstrologiyadan ilhamlanaraq dizayn olunan məhsulumuzu təqdim edirik. Zodiakın on ikinci bürcü sayılan balıqlar həssas, əliaçıq və səbrli davranışları simvolizə edir. Yupiterin idarə etdiyinə inanılan bu bürc, su ünsürü sayılır. Yunan mifologiyasında isə sel, quraqlıq və atların tanrısı sayılan Poseydona bənzədilir. Süfrənizdə balıqların bərəkətinə yer edin! Ətraflı oxu...
Stəkan altıŞəhzadə və balıqçının alovlu məhəbbəti! Bu eşqə şahidlik edən Qız qalası. Əfsanəyə görə bir balıqçı sevdiyi şahzadəni görmək üçün qalanın yanına gəlirdi. Dalğalı bir gün yenə qalaya gələrkən qayığı sulara qərq olur. Bunu görən şahzadə sevdiyini xilas etmək üçün qaladan birbaşa dənizə tullanır və həyatını itirir. O gündən bu qala məhəbbət, paklıq və mərdliyin simvoluna çevrilib. Üzərində Qız qalasının əks olunduğu zövqlü stəkan altı zərafətinizə dəyər qatan parçalardan biri olacaq.Ətraflı oxu...
Stəkan altıZümrüd rəngi tarix boyu təbiət ilə əlaqələndirilmişdir. Yenilik, dinamika və enerjini ifadə edir. Təbiətin bəxş etdiyi sehrli rəngə boyanmış estetik stəkan altlığı ilə süfrələrinizə yenilik gətirin.Ətraflı oxu...
Stəkan altıSüfrələrinizdə atəşi, əzəməti və estetikası ilə Alov qüllələri yer alacaq. Çay süfrələrinizdə hərarəti ilə qəlbinizi isidəcək bu stəkan altı, bir-birini tamamlayan zövqlü detalları ilə qonaqlarınızda xoş təəssüratların izini qoyacaq.Ətraflı oxu...
Stəkan altıƏfsanələrdən, bayatılardan tanıdığımız Xarı Bülbül bütün möhtəşəmliyi ilə stəkan altının üzərində əsalət nümayiş etdirir. Şad günlərdə sevdiklərinizlə yığışdığınız çay süfrəsində sevərək masada təqdim etdiyiniz çaylar, bu altlıq ilə xüsusi ləzzət bəxş edəcək. Ətraflı oxu...
Stəkan altıCazibəli bir tərz süfrənizdə bərqərar olacaq! Zamana meydan oxuyan qızıl və gümüş örtüklü füsnkar naxışlar, məhsulun üzərində yerləşərək əsalət axtarışınızı sonlandıracaq. Həyatınıza dəyər qatın!Ətraflı oxu...
Stəkan altıAstrologiyadan ilhamlanaraq dizayn olunan məhsulumuzu təqdim edirik. Zodiakın on birinci bürcü sayılan dolça, asi, açıqsözlü və dostcanlı davranışları simvolizə edir. Saturnun idarə etdiyinə inanılan bu bürc, hava ünsürü sayılır. Yunan mifologiyasında isə asi xarakterə sahib Prometeyə bənzədilir. Süfrənizdə dolçanın müdrikliyinə yer edin!Ətraflı oxu...
Stəkan altıOrta əsr dekorativ-tətbiqi sənət nümunələrində tez-tez qarşılaşdığımız Buta, mifologiyada da özünəməxsus yeri var. Tarixi kökləri olduqca keçmişə dayanır və bir çox əfsanələrdə və inanclarda əks olunmuşdur. Hətta, qız və oğlanın bir-birini görüb sevməsinə “buta aldı” , “buta vedi” deyilirmiş. Sevgi və məhəbbət simvolu olan bu naxış, süfrələrinizdə sevdiklərinizə əsalət dolu anlar yaşadacaq.Ətraflı oxu...