Boşqab XII əsrdən fərqli rəvayətlərə mövzu olan, əsrlər öncə Xəzəri qucaqlayan Qız qalası, Bakının göz bəbəyi olduğu kimi, bu məhsul da otağınızın ən dəyərli aksesuarına çevriləcək. Günəşi simvolizə edən naxışlar, parlaq günlərə olan inamınızı hər baxışda yeniləyib, içinizi isidəcək. Ətraflı oxu...
BoşqabTürkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyəti yaradılması birinci dünya müharibəsi illərində və ondan sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir. 1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisində Cümhurriyyət elan olundu. Bu vacib hadisənin 100 illiyini əbədiləşdirib sizə təqdim etdik.Ətraflı oxu...
BoşqabQız qalası - Azərbaycanın paytaxtı Bakı şəhərinin qədim tarixi rəmzlərindən biri, milli memarlığımızın nadir nümunəsidir. Abidə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. Qız qalası unikal-konstruktiv quruluşuna görə nəinki Azərbaycanda, eləcə də yaxın Şərqdə analoqu olmayan bir abidədir. Qız qalası Bakının göz bəbəyi olduğu kimi, bu məhsul da otağınızın ən dəyərli aksesuarına çevriləcək. Günəşi simvolizə edən naxışlar, parlaq günlərə olan inamınızı hər baxışda yeniləyib, içinizi isidəcək. Ətraflı oxu...
BoşqabÖz görünüşü ilə fərqlənən Heydər Əliyev Mərkəzi, yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.Binanın üzərindəki xətlər keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradarkən, ağ rəngdə olması isə, aydın gələcəyi simvolizə edir.Təqdim etdiyimiz bu boşqabda, adından daima söz etdirən tikilinin həkk olunduğu məhsul, istənilən yerdə diqqətləri öz üzərinə çəkməyi bacaracaq.Ətraflı oxu...
BoşqabZərif və bənzərsiz görünüşə sahib bu məhsul ilə evindəki ab-havanı dəyişmək, istənilən guşənin sadəliyinə elegantlıq qatmaq olduqca asandır. İncə naxışlar və xüsusi işləmələrə sahib olan bu boşqab tezliklə ən sevimli əşyanıza çevriləcək.Xüsusi olaraq əl əməyi ilə hazırlanan bu bəzək əşyalarının evinizdə özəl yeri olacaq. Ətraflı oxu...
Boşqab Sənətkatlarımızın hazırladığı dekorativ boşqabın üzərindəki rəsm danışan bir hekayədir. Rəssam təxəyyülünə görə, mərhəmətli bir tacir yol üstündə qoca bir qadın görür. Lakin onun yanından ötüb keçə bilmir və səxavətli davranaraq qadının maddi ehtiyaclarını qarşılayır. Yardımsevərliyi və insanpərvərliyi əks etdirən dəyərli zərgərlik məhsulu daim masanızın üzərində olsun.Ətraflı oxu...
Ətir qabıMəhəbbətin ətrini duymağa hazırsınız? Dünyaya yayılan bir eşqin təsvirinə şahid olursunuz. Dastanlara, xalq ədəbiyyatımıza mövzu olmuş Leyli və Məcnun sevgisindən ilham alınaraq hazırlanan bu ətir qabı, hər istifadədə xoş qoxusu ilə ətrafınızdakıları heyran edəcək. Tarixin ikonlaşmış sevgi obrazlarına qucaq açan məftun edici ətriniz və siz! Bu, sadəcə bütün diqqəti öz üzərinə çəkən şəhanə kombinasiyadır!Ətraflı oxu...
Pano Çiçəklər, yarpaqlar, buta, çatlamış divarlar və əjdaha...Nağılları xatırladınız, elə deyil? Belə ki, əjdaha dekorativ-tətbiqi xalq sənəti nümunələrimizdə tək istifadə edildiyi zaman xeyirli qüvvəni simvolizə edir. Şifahi xalq ədəbiyyatında əjdaha bəzən su qaynaqlarını da təmsil edir. Sizi nağıllar dünyasına qərq edəcək dəyərli məhsulumuz evinizin interyerinə estetiklik gətirəcək!Ətraflı oxu...