XəncərZərgərlik sənətində ən geniş yayılmış texniki bəzədilmə üsüllarından biri də, mina üsuludur. Çətin və rəngarəng bir proses olsa da, nəticəsi mükəmməl olur. Gördüyünüz sənət əsəri olan xəncər mina üsulu ilə hazırlanıb. Ətraflı oxu...
TəsbehBabalarımızın həm dini rituallarda, həm də gündəlik aksesuar kimi istifadə etdiyi təsbehlər qəribə bir enerjiyə sahib olur. Kəhrəbadan hazırlanmış təsbeh ən gözəl əl vərdişinizə çevriləcək. Kəhrəba daş hesab edilsə də, o digər daşlardan fərqli olaraq mineral maddələrdən deyil, oksigen, hidrogen, karbon və bir neçə turşudan ibarətdir. Kəhrəba nadir şam ağaclarından ayrılan qatrandan əmələ gəlir. Ağacın özünü qoruma funksiyası olan qatran budaqlar qırıldıqda ifraz olunur və həmin hissəni bərpa edir.Ətraflı oxu...
TəsbehGümüşün sehirli gücünə sahib olduğunu hiss etmək üçün bu təsbeh ən uğurlu seçimdir. L'AHIJ sənətkarlarının əl işi olan təsbeh sizin yeni və enerjili vərdişiniz olacaq.Ətraflı oxu...
Təsbeh8 guşəli ulduz tarazlıq və harmoniya simvoludur. Bu simvol bizə hər şeyin bir-birinə bağlı olduğunu və həyatımızda tarazlıq üçün səy göstərməli olduğumuzu xatırladır.8 nöqtə 4 elementi (od, hava, su və torpağı) və 4 istiqaməti (şimal, cənub, şərq və qərbi) simvolizə edir.8 nöqtə həm də, Ayın 8 fazasını təmsil edir ki, bu da kainatın təbii ritmlərinə bağlı olduğumuzu xatırladır. Özünəməxsus elegant dizaynı olan bu təsbeh 8 guşəli ulduz naxışı ilə bəzədilmişdir.Ətraflı oxu...
Təsbehİnsanları bəzi daşların parlaqlığı, bəzilərinin isə rəngləri cəlb edir. Xrizolit məhz rəngi ilə insanı valeh edən qiymətli daşlardan biridir. Onun parlaq yaşıl rəngi insanın zövqünü oxşayır. Ona görə də ta qədim zamanlardan zərgərlikdə geniş şəkildə istifadə edilib. Xrizolit daşından hazırlanmış təsbeh həm zövqünüzü oxşayacaq, həm də mütəmmadi istifadə zamanı müsbət aura bəxş edəcək.Ətraflı oxu...
TəsbehDaşların yüngül toxunuşunun yaratdığı səs insana rahatlıq gətirdiyi kimi, daşların özü də bir o qədər əhəmiyyətlidir. Günəş daşından hazırlanmış təsbehin möhtəşəm rəng çalarları var. Günəş daşı bədənə Günəşin görünüşünü və gücünü verir, yorğunluğu aradan qaldırır, həyat gücünü, həyata bağlılığı dəstəkləyir. O, həmçinin bədəni təmizləyir və güclü enerji verir, qorxu hisslərini aradan qaldırır, özünə inam yaradır.Ətraflı oxu...
TəsbehSitrin daşından hazırlanmış təsbeh ilk növbədə gözqamaşdırıcı rəng çalarları ilə insanları cəlb edir. Sitrin işığın simvoludur, əhval-ruhiyyənin simvoludur, insanın enerji səviyyələrini artırarkən zehni aydınlığı və konsentrasiyanı artırmağa kömək edə bilər. Sitrin insanın özünə inamını və cəsarətini artırarkən stressi azalda və emosional qeyri-sabitliyi tarazlaşdıra bilər. O, həmçinin immunitet sistemini gücləndirir, maddələr mübadiləsini sürətləndirir və orqanizmi detoksifikasiya etməyə kömək edir.Ətraflı oxu...
TəsbehƏsəbləri sakitləşdirmə xüsusiyyətinə malik olan hematit daşının insan orqanizminə bir çox tibbi faydaları da məlumdur. Bu daşdan hazırlanmış təsbehdən mütəmadi istifadə etmək qan dövran sisteminə yaxşı təsir edəcək, qaraciyər, dalaq, böyrək və mədəaltı vəzi ağrılarını aradan qaldırmağa və arterial təzyiqi normallaşdırmağa kömək edəcək.Ətraflı oxu...
TəsbehRənginin gözəlliyi ilə heyran edən mərcan daşı həm də, insan səhhətinə müsbət təsir edən daşlardan sayılır. O, maddələr mübadiləsini fəallaşdırır, şişkinliyi, xoranı müalicə edir, ürək-damar sisteminə, xüsusilə də qan dövranına yaxşı təsir göstərir, gümrahlıq, rahatlıq və enerji verir və orqanizmin maye balansını qoruyur. Mərcan daşından hazırlanmış təsbeh şəxsi istifadəniz və yaxınlarınıza hədiyyə üçün mükəmməl bir seçim ola bilər. Ətraflı oxu...