SırğaHəyatında yəqin ki, buna hər kəs şahid olmuşdur: bəzi gecələrdə sirli göy üzündə milyonlarla ulduz arasından sadəcə biri fövqəladə parlaqlığı ilə bütün diqqəti öz üzərinə çəkir. Digərlərinə zərif şəkildə meydan oxuyan bu yeganə parlaq ulduz, fərqli işartısı ilə seyr edənləri valeh etməklə yanaşı, həm də hüzur bəxş edir. Sirli göy aləmindən başqa, dünya reallığında da, bu əzəmətli parlaqlığın təcəssüm edilmiş versiyalarına şahid ola bilirik. Məsələn elə bu zərif məhsulumuz kimi. Sırğaların rəngli hissələri "mina" ilə işlənmişdir. Ətraflı oxu...
SırğaSənətkarlarımızın hazırladığı bu sənət əsərinin kompozisiyası həyat çiçəyi əsasında qurulub. Həyat Çiçəyi sadə həndəsi fiqur olub, özündə dünyanın yaranış sirlərini daşıyır. Çiçək adlandırılması yalnız fiqurun çiçəyə bənzəməsi ilə əlaqədar deyil, həm də o bar verən ağacın həyat dövrünü təmsil edir. Həyatınızın daim çiçəklənməsi ümidiylə... Ətraflı oxu...
SırğaGözəl bir incəsənət əsəri təkcə beyin və texnika işi deyil, həm də ruh məsələsidir. Sənətkarlarımızın zərgər dəqiqliyi və həssaslığı ilə ərsəyə gətirdiyi sırğa məhz bu əsrlərdəndir.Ətraflı oxu...
SırğaSevimli aksesuarlarınıza növbəti zinət əşyasını əlavə etməyə hazırsınız? Gümüşdən hazırlanmış şəbəkə üsulu ilə işlənmiş sırğanı bəzək əşyaları dolabınıza əlavə edə bilərsiniz.Ətraflı oxu...
Sırğaİncə işləri məhz incə zövqlü insanlar sevir. Alt hissəsində 3 ədəd halqa olan dairəvi formada hazırlanmış sırğa öz estetik görünüşü və cazibəsi ilə seçilir.Ətraflı oxu...
SırğaQədim və milli sənətimiz olan xalçaçılıq sənətinin elementlərini xatırladan sırğa sizə milli-mənəvi hisslər yaşadacaq. Alt hissəsi xalça saçaqları kimi haçalanan sırğa klassikanı sevənlər üçündür.Ətraflı oxu...
SırğaZərgərlərin ən çox sevdiyi daşlardan biri olan, mistik gücə malik firuzə daşı gümüş sırğanın üzərində çox gözəl görünür. Siz bir də bu gözəlliyə öz üzərinizdə baxın…Ətraflı oxu...
SırğaQeyri-adi görünüşə, fərqli naxışlara, incə dizayna malik olan sırğaları çox bəyənəcəksiniz. Geyimləriniz ilə harmoniya təşkil edəcək sırğa sevimli aksesuarınıza çevriləcək.Ətraflı oxu...
SırğaSənətkarların öz fantaziyaları zaman-zaman böyük coğrafiyalara yayılaraq bir üslub kimi öz təsdiqini tapır. Şəbəkə üsulu məhz qədim dövrlərdən gələn üslublardan biridir. Bu sırğa şəbəkə üslubunun ən gözəl nümunlərindəndir.Ətraflı oxu...