SırğaÇiçək işləmələri Şirvanşahlar irsinin ən dəyərli ornamentləri arasında yer alır. Saray divarlarında, xatunların xüsusi dəvətlərdə geydiyi libaslarda zövqlü süfrə aksesuarlarında öz zərifliyi ilə göz oxşayıb. Tariximizin zövqlü miraslarına sahib çıxaraq bu işləmələri təqdim etdiyimiz küpələrin üzərinə həkk etdk. Qədim naxışların gözəlliyi ilə zərafətinizi nümayiş etdirin.Ətraflı oxu...
SırğaQəlb, inanclarda sadəcə fiziki bir orqan deyil! Orqan olmaqla yanaşı, bəşəriyyətin əxlaqi və ruhani yönlərini də göstərir. Qəlb, şeirlərdə və hekayələrdə ruhu və sevgiyi simvolizə edən bir metafor olaraq istifadə olunur. Qəlbin estetik forması bu zərif sırğaların başlıca ilham mənbəyidir. Sevgi dolu günlərdə qəlbinizə sevinc bəxş edəcək bu aksesuar ilə zərafətinizə dəyər qatın.Ətraflı oxu...
Sırğaİnsanlar sadəcə zərafətinizdən danışacaq. Buna səbəb isə təqdim etdiyimiz bu zövqlü qolbaq olacaq. Növbənöv naxışları ilə göz oxşayan bu məhsul ən xoş günlərinizdə özünəməxsus stiliniz ilə birlikdə ətrafa səs salacaqsınız.Ətraflı oxu...
SırğaRəssamlar, zadəgan ailələrinin qadınlarını rəsm edərkən, növbə qulaqlarından asılan küpələrə gəldikdə xüsusi bir diqqətlə yanaşırdılar. Çünki, küpələrin gözəlliyi qadının sahib olduğu zərifliyin əsas göstəricisi sayılırdı. Özəl dəvətlərdə zərifliyinizi nümayiş etdirmək niyyətindəsinizsə, bu zövqlü küpələr məhz sizin üçün hazırlanmışdır. Ətraflı oxu...
SırğaGünəşli bir yay günü. Güllərin ətrafa yayılan ətri. Hiss edilən xoş ruh halı. Bu küpələr məhz bu sevinc hissinin tərənnümüdür. Üzərindəki tarixi detallar, naxışların bir-biri ilə ahəngi, məhsulun zərifliyinə zəriflik qatır. Ətraflı oxu...
SırğaGünəşin ehtişamı və cazibəsi bəşəriyyət tarixində hər zaman xüsusi təriflə anılmışdır. Günəş, varlığı ilə tarix boyu insanlığın ümidi, bərəkəti və sevinci olmuşdur. Göy üzündə daim parlayan bu əlçatmaz kürə, həyata yaşam verən bir enerjiyə sahibdir. Dərin mənalara sahib buta naxışlarının toplanaraq ortaya qoyduğu günəş forması küpələrdən parlaqlıq saçacaq. Ətraflı oxu...
SırğaQədim dini mətnlərin bildirdiyinə görə bəşəriyyətin ilk maddəsi “atəş” olmuşdur. Atəşi başlanğıcı və sonu olmayan bir varlıq kimi qələmə vermişlər. Onların fikirlərinə görə atəş olduğu müddətdə dünya da var olacaq. Atəşin bu güclü sehrindən ilhamlanaraq ərsəyə gətirdiyimiz bu küpələr sonsuz estetikanın qapılarını üzünüzə açacaq və içinizdəki zərif qığılcımı çılğın bir atəşə çevirəcək. Ətraflı oxu...
SırğaLələk, qədim Misirdə, Qızıldərili mədəniyyətində, Asiya şamanlarında xüsusi yerə sahib idi. Şəfa verici olduğuna inanılır. Həqiqətin, doğruluğun, ilahi ədalətin və yüngüllüyün simvolu sayılır. Həmçinin, qədim inanclarda göyə yüksəlmə və ölümsüzlüyü ifadə etdiyi qəbul edilir. Quş lələyi öz zərif xəfifliyi ilə məhsulun formasında özünü əks etdirir. Xüsusi detalalr ilə işlənmiş küpələr əndamınıza ölümsüz bir gözəllik bəxş edəcək. Ətraflı oxu...
SırğaQulaqlarınızda təbiətin təcəssümünü daşıyacaqsınız! Zanbağın hökmranlığı ilə başlayan detallar, saflığı ifadə edən su forması ilə davam edib, lalə yarpaqlarının zərifliyi ilə tamamlanır. Hər bir detal, öz xüsusiyyəti ilə xarakterinizin zəngin tərəflərinin estetik təsvirini ortaya qoyacaq! Ətraflı oxu...