Sırğa Qadın dedikdə gözümüzün önündə müqəddəs bir varlıq canlanır. Qadın sirli bir dünyadır. Bu dünya, rəssamların əsərlərində, şairlərin şeirlərində, bəstəkarların musiqilərində vəsf olunur. Onların dünyasında hər şeyi tapa bilərik. Sevgini, xəyalları, qayğını, nəvazişi. Qadın xoşbəxtliyə gedən yolun yolçusudur. Bu gözəlliyə isə əl işləmli sırğalar əlavə gözəllik qatır!Ətraflı oxu...
Sırğa Gözəl qadın nadir hallarda diqqətdən kənarda qalır. O, öz ünvanına səslənən təriflər, xoş sözləri, eləcə də heyranlıq dolu baxışları böyük məmnuniyyətlə qəbul edə bilir. Diqqəti öz üzərinizə çəkmək üçün bu əl işləməsi olan sırğaları əldə edin!Ətraflı oxu...
Sırğa “Üstündəki ay-ulduz Gəlir mənim xoşuma. Ay üzüyə bənzəyir, Ulduz onun qaşına.” Üçrəngli bayrağımızın üzərində olan səkkizguşəli ulduzdan ilhamlanaraq hazırladığımız sırğa görünüşündə fərqlilik yaratmaq istəyən xanımların seçimidir. Xüsusi rəngləri ilə seçilən bu məhsulumuz fərqliliyin özüdür!Ətraflı oxu...
Sırğa İbtidai sənəti heyvanların, quşların və fantastik personajların təsvirləri olmadan təsəvvür etmək mümkün deyil. Elə xalça naxışları bu sənətin ən gözəl göstəricilərindəndir.Biz də xalça naxışlarından istifadə edərək qədim sənətimizin bu günə kimi qoruyub saxlanmasına çalışırıq. Bu tovuzquşu ornamentli sırğamız da buna nümunədir. Bu məhsulumuz sizin üçün həm arxaik obrazlar, həm də sehrlər dünyasına yol açan portal olacaq.Ətraflı oxu...
SırğaHeç bir qadın zərif işləməli zinət əşyalarına “yox” deyə bilmir. Odur ki, damcını xatırladan işləmələrlə hazırlanan bu sırğamız da Şərq üslubunu sevən qadınların sevimlisinə çevriləcək. Ətraflı oxu...
SırğaAypara simvolu antik Azərbaycan zərgərlik məmulatları üçün ilham mənbəyidir.Hazırladığımız bu sırğanın ilham mənbəyi də məhz elə ayparadır. Məhsulun üzərindəki mavi və gümüşü rənglər gündəlik üslubunuza fərqlilik qatacaq.Ətraflı oxu...
SırğaGümüşdən hazırlanmış bu sırğa özünəməxsus gözəlliyi ilə diqqətinizi cəlb edəcək. Çiçək naxışı ilə bəzədilmiş bu sırğa auranızda daim baharın təravətini və çiçəklərin xoş enerjisini hiss etdirəcək. Bu naxış özündə yeni həyatı, doğuluşu və bərəkəti birləşdirir. Üzərindəki mavi rəng inamın və sədaqətin simvolu hesab edilir. İncəsənət əsəri olan gümüş sırğa zövqlü insanların ortaq seçimidir.Ətraflı oxu...
Sırğa Lalə gülü təbiətdə uzun müddət qalmasa da gözəlliyi ilə rəssamların, memarların, zərgərlərin daim diqqət mərkəzində olub. Bu gülü dəyərli edən də elə az zamanda görünməyi və estetik görünüşüdür. Üzərində lalə təsvir olunmuş gümüşü sırğa ən dəyərli hədiyyələrdən biridir. Ətraflı oxu...
SırğaZəriflik danışıq tərzində, yeriyişdə, hətda səsdə belə özünü göstərir. O, ən xırda təfərrüatlarda və xoş təbəssümdə gizlənib. Birdə zəriflik, incə bəzək əşyalarından istifadə ilə görülür. Qadınların zərifliyini, incəliyini qorumaq, və onların hər zaman gözoxşayan olmasını təmin etmək üçün bu gül motivli, şəbəkı üsulu ilə hazırlanmış sırğanı təqdim edirik.Ətraflı oxu...