SırğaÖlümsüzlüyü təmsil edən firuzə rənginin xoş aurası ilə gözəlliyinizə gözəllik qatın. Mütəxəssislər bildirir ki, bu rəng sinir siteminə müsbət təsir edir və əhvalı sakitləşdirir.Ruhunun gözəllik axtarışını zamansız stili ilə sakitləşdirən zövqlü qadınlar üçün əvəzsiz bir seçim! Möhtəşəm gecə libasınızı tamamlayacaq görüntüsü ilə bütün diqqətlər üzərinizdə olacaq. İzn verin, gümüşün parlaqlığından doğan zərafətiniz dillərdə dastan olsun. Ətraflı oxu...
SırğaGümüşdən hazırlanmış bu sırğa özünəməxsus gözəlliyi ilə diqqətinizi cəlb edəcək. Çiçək naxışı ilə bəzədilmiş bu sırğa auranızda daim baharın təravətini və çiçəklərin xoş enerjisini hiss etdirəcək. Bu naxış özündə yeni həyatı, doğuluşu və bərəkəti birləşdirir. Üzərindəki mavi rəng inamın və sədaqətin simvolu hesab edilir. İncəsənət əsəri olan gümüş sırğa zövqlü insanların ortaq seçimidir.Ətraflı oxu...
SırğaÇiçək işləmələri Şirvanşahlar irsinin ən dəyərli ornamentləri arasında yer alır. Saray divarlarında, xatunların xüsusi dəvətlərdə geydiyi libaslarda zövqlü süfrə aksesuarlarında öz zərifliyi ilə göz oxşayıb. Tariximizin zövqlü miraslarına sahib çıxaraq bu işləmələri təqdim etdiyimiz küpələrin üzərinə həkk etdk. Qədim naxışların gözəlliyi ilə zərafətinizi nümayiş etdirin. Ətraflı oxu...
SırğaÇiçək işləmələri Şirvanşahlar irsinin ən dəyərli ornamentləri arasında yer alır. Saray divarlarında, xatunların xüsusi dəvətlərdə geydiyi libaslarda zövqlü süfrə aksesuarlarında öz zərifliyi ilə göz oxşayıb. Tariximizin zövqlü miraslarına sahib çıxaraq bu işləmələri təqdim etdiyimiz küpələrin üzərinə həkk etdk. Qədim naxışların gözəlliyi ilə zərafətinizi nümayiş etdirin. Ətraflı oxu...
SırğaÜzərində " Nəbati " naxışlarından olan islimi naxışı olan gümüş sırğalar ciddi və müsbət aura yaradır. İslam dekorativ mədəniyyətində çox məhşur olan bu naxış bir zamanlar müqəddəs hesab olunan bükülmüş yarpağı təsvir edir. Həmçinin, uzunömürlülüyü simvolizə edir. Ətraflı oxu...
SırğaLalə gülü təbiətdə uzun müddət qalmasa da gözəlliyi ilə rəssamların, memarların, zərgərlərin daim diqqət mərkəzində olub. Bu gülü dəyərli edən də elə az zamanda görünməyi və estetik görünüşüdür. Üzərində lalə təsvir olunmuş gümüşü sırğa ən dəyərli hədiyyələrdən biridir. Ətraflı oxu...
SırğaRəssamlar, zadəgan ailələrinin qadınlarını rəsm edərkən, növbə qulaqlarından asılan küpələrə gəldikdə xüsusi bir diqqətlə yanaşırdılar. Çünki, küpələrin gözəlliyi qadının sahib olduğu zərifliyin əsas göstəricisi sayılırdı. Özəl sifariş ilə hazırlanmış bu zövqlü sırğalar ilə xüsusi dəvətlərdə zərifliyinizi nümayiş etdirə biləcəksiniz.Ətraflı oxu...
Sırğa Qadınların ruhuna toxunmaq çətin deyil!Unikallığı və incəliyi ilə seçilən sırğamızla bunu edə bilərsiniz.Bu məhsul təbiətdən və çiçəklərdən ilhamlanır. Məqsədimiz qadınların zərifliyini və incəliyini qorumaq, onların hər zaman cazibədar olmasını təmin etməkdir.Ətraflı oxu...