AlışqanAlışqanlar ilkin dövrlərdə daşıdığı mahiyyətdən daha çox görünüşünə üstünlük verdiyimiz bir əşyaya çevrilib. Üzəri qədim xalçaçılıq sənətimizin ən sevilən naxışlarından olan Qaraqaşlı naxışı ilə bəzədilmiş alışqanı bəylər çox bəyənəcək.Ətraflı oxu...
KitablıqXəyal dünyamızı genişləndirən, dünya görüşümüzə ciddi təsir edən kitablar bizim ən sevimli əşyalarımızdandır. Kitabxananızı bu möhtəşəm dizayna sahib olan kitablıq ilə gözəlləşdirin. Müdrikliyin və sədaqətin simvolu olan atın bu məhsuldakı adaptasiyası zövqünüzü yeniləyəcək. Ətraflı oxu...
Alışqan8 guşəli ulduz tarazlıq və harmoniya simvoludur. Bu simvol bizə hər şeyin bir-birinə bağlı olduğunu və həyatımızda tarazlıq üçün səy göstərməli olduğumuzu xatırladır.8 nöqtə 4 elementi (od, hava, su və torpağı) və 4 istiqaməti (şimal, cənub, şərq və qərbi) simvolizə edir.8 nöqtə həm də Ayın 8 fazasını təmsil edir ki, bu da kainatın təbii ritmlərinə bağlı olduğumuzu xatırladır. Özünəməxsus elegant dizaynı olan bu alışqan 8 guşəli ulduz naxışı ilə bəzədilmişdir.Ətraflı oxu...
DaraqQədim savaşçı qəbiləsi olan İnkalıların inanclarına görə puma, ilahi bir varlıq sayılırdı. Bu zərif pişik, güc, zəka, müdriklik və səbri simvolizə edirdi. Güclü əzələləri ilə özündən böyük heyvanları ovlaya bilirdilər. Gücündən daha artığını bacarmaq istəyənlərin heyranlıqla izlədiyi bir heyvan idi. Bu cəsarəti, zərif darağın incə tumarları ilə saç telinizdən dırnaqlarınıza qədər bütün bədəninizdə hiss edə biləcəksiniz.Ətraflı oxu...
DaraqKübar qadınların sirlərindən biri də dəyərli aksesuarlarıdır. Elə təqdim etdiyimiz bu ecazkar daraq kimi. Üzəri "Bəndi-rumi" adlanan torşəkilli naxışla bəzədilmişdir. "Bəndi-rumi" torşəkilli detalların oyuqlarında isə çiçək formasında naxışlar işlənmişdir. Bu naxışlara Azərbaycan xalçalarında və həmçinin Şirvanşahlar Sarayının divarlarında da rəst gəlmək mümkündür. Misilsiz naxışlar gümüşün esketikası ilə birləşərək tarixi gözəlliyi ipək saçlarınıza qonduracaq! Zəriflik saçlarınızdan başlayır. Özünə dəyər verənlərin seçimi!Ətraflı oxu...
Mücrüİnci gözəlliyindəki aksesuarlarınızı artıq daha zövqlü saxlayacaqsınız. Antik yunan inanclarına görə mirvarinin tanrının göz yaşı olduğuna inanılırdı. Bu səbəblə gəlinlər toy məclisində göz yaşı tökməsinlər deyə mirvari hədiyyə olunardı. Xoş günlərinizdə sevərək istifadə etdiyiniz dəyərli ziynət əşyalarınızı mirvari qabı formasındakı bu mücrüdə saxlaya bilərsiniz Ətraflı oxu...
MücrüZərif qadınların gözəlliyinə dəyər qatan, şık və zərafət dolu cəvahiratlar, təbii ki, ən az onlar qədər zərif mücrülərdə saxlanılmağa layiqdirlər. Elə, təqdim etiyimiz bu əsrarəngiz mücrü kimi. Naxışlarının bir-biri ilə xəfif ahəngi, insanları ovsunlayan bir sehr kimi göz zövqünüzü oxşayacaq. Bütün detallarına incəlik aşılanan bu sehrli mücrü, hər istifadədə varlığınıza cazibə qatan əşyalarınıza qucaq açacaq! Ətraflı oxu...
MücrüTarixçilərin qeydlərinə görə xatunlar, dəyərli ziynət əşyalarını mütləq xüsusi hazırlatdıqları mücrülərdə saxlayırdılar. Bunu, qiymətli əşyalara verdikləri dəyər ilə əlaqələndirirdilər və bildirirdilər: "Dəyərli olan, dəyər verilərək saxlanılmalıdır!" Zinyət əşyalarınız üçün təqdim etdiyimiz bu şəbəkə metodu ilə hazırlanmış mücrü, bənzərsiz detalları ilə aksesuarlarınıza əlavə dəyər qatacaq. Dəyərini bilənlər üçün... Ətraflı oxu...
MücrüƏn dəyərli və zərif zinyət əşyalarınızı yerləşdirəcəyiniz əsl klassika... Bu mücrü, aksesuarlarınızı sədəfin mirvarini qoruduğu kimi qoruyacaqdır. Ətraflı oxu...