Mücrü Tarixçilərin qeydlərinə görə xatunlar, dəyərli ziynət əşyalarını mütləq xüsusi hazırlatdıqları mücrülərdə saxlayırdılar. Bunu, qiymətli əşyalara verdikləri dəyər ilə əlaqələndirirdilər və bildirirdilər: "Dəyərli olan, dəyər verilərək saxlanılmalıdır!" Zinyət əşyalarınız üçün təqdim etdiyimiz bu şəbəkə metodu ilə hazırlanmış mücrü, bənzərsiz detalları ilə aksesuarlarınıza əlavə dəyər qatacaq. Dəyərini bilənlər üçün... Ətraflı oxu...
GüzgüTarix boyu yad olan simasını su səthindən tanıyan insanoğlu, aynanın icadı ilə çöhrəsinin ən gerçək əksinə şahid olmuşdur. Əfsanələrin və inancların mərkəzində özünəməxsus yer etmiş aynaların sirrindən ilhamlanan bu aksesuar, işləmələri və zövqlü detalları ilə hər baxışda gözəlliyinizə gözəllik qatacaq. Ətraflı oxu...
GüzgüTarix boyu yad olan simasını su səthindən tanıyan insanoğlu, aynanın icadı ilə çöhrəsinin ən gerçək əksinə şahid olmuşdur. Əfsanələrin və inancların mərkəzində özünəməxsus yer etmiş aynaların sirrindən ilhamlanan bu aksesuar Xarı Bülbül detalı ilə işlənmişdir. Xalqımızın mübarizə rəmzinə çevrilən bu simvol öz estetikası ilə ətrafa gözəllik yayır.Ətraflı oxu...
GüzgüƏfsanələrin və inancların mərkəzində özünəməxsus yer etmiş aynaların sirrindən ilhamlanan bu aksesuar, işləmələri və zövqlü detalları ilə hər baxışda gözəlliyinizə gözəllik qatacaq. Dünyanın əvvəli və sonunun simmetriyası yəni güzgü Azərbaycan xalqının adət-ənənələrində bu günədək yaşamaqdadır. Güzgü tək məişət əşyası kimi yox, inanc predmeti kimi dəyərləndirilir. Belə ki, gəlin köçürülərkən qabaqda güzgü aparılması (bəxt güzgüsü) həyatın, yaranışın başlanğıcı anlamına gəlir.Ətraflı oxu...
Güzgü dəsti"Xarı Bülbül" adını daşıyan bu dəstin əsasını təşkil edən xüsusi elementlər və rəngarəng motivlər, Azərbaycanın zəngin xalq ənənələrini və mədəni incəsənətini təmsil edir. Məhsul, incə detallarla işlənmiş və gözəl naxışlarla bezənmişdir. "Xarı Bülbül" dəsti tezliklə zövglü xanımların ən sevimli və ən çox istifadə edəcəyi əşyaya çevriləcək.Ətraflı oxu...
TabloKüləklər şəhərinin sərin yelini hər zaman hiss etmək istəyənlər üçün təqdim etdiyimiz Bakı mənzərəli bu aksesuar masanıza estetik bir görüntü bəxş edəcək. Hər baxışda qədim Bakının nostalgiyasına qərq olaraq, detallarım estetikasında zövq alacaqsınız. Hədiyyə kimi də sevdiklərinizə ərmağan etmək üçün ideal bir aksesuar! Ətraflı oxu...
QılıncƏsrlərdir öz dəyərini itirməmiş, tarixin tozlu səhifələrinə şahidlik edən və igidliyin rəmzinə çevrilmiş - qılınc!Təqdim olunan bu qılınc 16-cı əsr,Azərbaycan Səfəvi dövlətinə aid qılınc əsasında hazırlanmışdır. Məhsul 925 əyarlı gümüşdən əl üsulu ilə hazırlanmışdır. Məhsul üzərində stilizə olunmuş Xətayi naxışı işlənmişdir.Ətraflı oxu...
QılıncƏsrlərdir öz dəyərini itirməmiş, tarixin tozlu səhifələrinə şahidlik edən və igidliyin rəmzinə çevrilmiş - qılınc! Təqdim olunan bu qılınc Qarabağ xanlığına aid qılınc əsasında hazırlanmışdır. Məhsul üzərindəki naxışlar, o dövrün, xanlığın mədəniyyətini, dini inanclarını və simvollarını əks etdirir.Ətraflı oxu...
XəncərOrta əsrlərdə krallar, özündən sonrakı kralı seşərkən çiyinlərinə savaşlar görmüş qılınc və xəncərlərini toxundururdular. Bu, növbəti krala məsuliyyət yükləmək üçün keçirilən ritualın bir parçası sayılırdı. Orta əsrlərdən sonra sadəcə bu cür rituallarda istifadə olunan xəncər, günümüzdə üzərinə estetik naxışlar əlavə edilərək aksesuar kimi təqdim olunur. Tarixin zəhmli şahidi ev və ya ofisinizdə gözəllik nümayiş etdirəcək. Ətraflı oxu...