XəncərYunan mifologiyasında xəncər, ədalət və gücü təmsil edirdi. Bir çox yunan mifoloji obrazlarının əlində xəncər təsviri yer alır. Onlardan biri tanrı hüzurunda nankorluq edənlərə qarşı tətbiq edilən ilahi cəzanın ruhu olaraq bilinən Nemesis adlı obrazdır. Bu ad yunan dilində “layiq olduğunu vermək” mənasına gəlirdi. İçində ədalət və gücün sonsuz atəşini hiss edənlər üçün simvolik bir aksesuar təqdim edirik. Üzərindəki zövqlü naxışlar güc və zərifliyin harmoniyasını əks etdirir.Ətraflı oxu...
XəncərXəncər – xanların, bəylərin belindən əksik olmayan əsalət simvolu. Mərdlərin əlində ikən ədalət gətirmiş, namərd əlində isə dost kürəyinə tuşlanan, tarixin ikonlaşmış şahidi. Ataların da dediyi kimi: Hər şey, onu doğru istifadə edənə yaraşır. Bu xüsusi detalları ilə ağırlığını ortaya qoyan xəncərin, otağınızdakı köşəyə yaraşdığı kimi! Xarı Bülbül, öz gözəlliyini xəncərin tutacağında əks etdirir. Sanki, Xarı Bülbül xəncərin gücü ilə hüznlü taleyinə dur deyib, “Bundan sonra hökm məndədir!” ismarışını bəyan edir. Ətraflı oxu...
XəncərDüşməni lərzəyə gətirən, xan və bəylərin belindən zəhmlə asılan xəncərlər yeni dizaynla qarşınızdadır. Üzərində zövqlü naxışlar əks olunur. Tarixin bütün müdrikliyini, təcrübələrini və savaşlardan qalib çıxmış cəsarətini ev və ya ofisinizdə öz estetik forması ilə nümayiş etdirəcək. Əcdadlarımızdan yadigar qalmış mirasın tarixi naxışlarla tamamlanmasına şahid olursunuz. Ətraflı oxu...
XəncərÇin və Yapon sivilizasiyası ilə yanaşı, qədim Mesopotamiya, Anadolu və Ellin mədəniyyətlərində də əjdaha təsvirlərinə çox rast gəlinir. Əjdaha demək olar ki, həmişə müsbət bir obraz olaraq görülmüşdür. Xüsusilə həyat verən yağışlar və bulaqlarla əlaqələndirilirdi. Ədəbiyyat və sənət tarixində çoxsaylı istinadları olan əjdaha, xəncərin üzərində də təsvir olunmuşdur. Hədiyyə olaraq təqdim edə biləcəyiniz bu məhsul, otağın bir köşəsində güc və əzəməti nümayiş etdirəcək. Ətraflı oxu...
XəncərKəskin gücün təzahürü. Tarixin zəhmli aksesuarı yenidən doğularaq xidmətinizə verilir. Zövqlü naxışlar, tarixi detallar və dəbdəbəli görüntüsü ilə! Cəngavərlərin, sərkərdələrin və qəhrəmanların döyüşdə ən yaxın dostu kimi adlandırdıqları xəncər, hədiyyə olaraq təqdim etdiyiniz yaxınlarınızın sevimli dekorlarından birinə çevriləcək. Ətraflı oxu...
XəncərMifoloji obrazların çoxunun əlində xəncər təsviri əks olunur. Bunun səbəbi isə yunan mifologiyasının xəncəri, ədalət və gücü təmsilçisi kimi təqdim etməsi idi. Onlardan biri tanrı hüzurunda nankorluq edənlərə qarşı tətbiq edilən ilahi cəzanın ruhu olaraq bilinən Nemesis adlı obrazdır. Nemesis, yunan dilində “layiq olduğunu vermək” mənasına gəlirdi. İçində ədalət və gücün sonsuz atəşini hiss edənlər üçün simvolik bir aksesuar təqdim edirik. Üzərindəki zövqlü naxışlar güc və zərifliyin harmoniyasını əks etdirir.Ətraflı oxu...
XəncərQınında qəhrəmanların güclü əllərinin izini daşıyan bu döyüş aksesuarı qədim mitoloji obrazların da önəm verdikləri əşyalardan olmuşdur. Zalımlar ilə mübarizədə ədaləti bərqərar etdiyinə inanılan xəncər, hətta bəzi inanclarda müqəddəs sayılırdı. Keçmişdə əjdadlarının savaşlarına şahidlik edib yorğun düşmüş bu silah, zərif görkəmi ilə bir köşədə interyerinizi bəzəyəcək. Ətraflı oxu...
XəncərButa naxışları ilə bəzənmiş əfsanə bir məhsul! Dekorativ sənət nümunələrimizdə bol-bol rastlaşdığımız bu naxış, xəncərin digər detalları ilə birlikdə zövqlü bir görüntü ortaya qoyur. Döyüşlərin bu zəhmli iştirakçısı içinizdəki gücün daimi xatırladıcısına çevriləcək. Ətraflı oxu...
XəncərƏdalət, intiqam və güc! Qədim inanclarda xəncər bu anlayışlarla ifadə olunurdu. Bir çox fateh, cəngavər və hökmdar rəssamlardan onları əlində xəncə ilə rəsm etməsini tələb etmişdilər. Səbəbini isə tarixçilər və saray xidmətçiləri onların gücə olan heyranlığı kimi açıqlayırdılar. Ədalətin bərqərar olmasını bütün qəlbi ilə arzulayanlar üçün hazırlanan bu zövqlü xəncər, ruhunuzun zəhmli tərəflərini alovlandırıb, estetik görüntüsü ilə hər kəsi heyran qoyacaq. Ətraflı oxu...